Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatlara səfər edəcək.
AzadMedia.az xəbər verir ki, Türkiyə prezidenti səfər çərçivəsində Nyu-Yorkda baş tutacağı gözlənilən Birləşmiş Millətlər Təçkilatının Baş Assambleyasının 76-cı sessiyasına qatılacaq.
Səfərin müddəti üç gündür. 19-22 sentyabr tarixlərini əhatə edəcək səfər çərçivəsində Ərdoğan Nyu-Yorkdakı "Yeni Türkevi"nin açılışını edəcək. 21 sentyabrda isə BMT-nin ali tribunasında Türkiyə prezidentinin çıxışı nəzərdə tutulub. Üç gün ərzində Ərdoğan dünyanın aparıcı dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri planlaşdırılır.
Hətta prezidentin müəllifi olduğu "Daha ədalətli dünya mümkündür" kitabı müxtəlif xarici dillərə tərcümə olunub və onun dünya liderlərinə hədiyyə ediləcəyi vurğulanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.