Ənənəvi olaraq hər il bu vaxtlar xarici ölkələrdə tək attestatla ali təhsil reklamları tez-tez qarşımıza çıxır.
İmtahansız tələbə adını qazananların sonrakı aqibəti əzab-əziyyətlə imtahan verib tələbə adını qazananlarla eyni olurmu? Onların diplomları dövlət tərəfindən tanınırmı? Azadmedia.az olaraq bu sualla TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucova müraciət etdik.
Eldar müəllim sorğuya cavab olaraq bildirdi ki, əgər xaricdəki təhsil ocağı Beynəlxalq Akkreditasiyadan keçibsə, imtahansız, tək attestarla qəbul olan tələbələrin diplomları ölkəmizdə tanınır. Önəmli olan abituriyentin ali məktəbə hansı üsulla qəbul olunması yox, ali məktəbi mütəxəssis olaraq bitirməsidir. İndi hər bir sahədə bacarıqlı mütəxəssisə ehtiyac var. Ali təhsil xatirinə diplom alıb gəzdirmək heç bir işə yaramır.
İslam Universitetini bitirmiş tələbələrin diplomlarının tanınması ilə bağlı sualımıza E.Orucov, İslam Universiteti fəaliyyəti dövründə lisenziyadan kənar fəaliyyət göstərdiyini, verdiyi diplomların tanınması barədə hələki müsbət nəticə olmadığını qeyd etdi.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.