AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlıların İrana gedərək din təhsili alması qadağan olunmalıdır" - Deputat

  • + A
  • - A
  • 23-09-2021, 16:30


    "Bir çox hallarda tələbələr xaricdə təhsil aldıqları ölkənin dini-ideoloji təbliğatına məruz qalırlar. Nəticədə, Azərbaycana qayıtdıqdan sonra həmin ölkənin ideologiyasını, dini təlimlərini təbliğ etməyə başlayırlar. Ona görə də Azərbaycanlıların İrana gedərək din təhsili almasının qadağan olunması ilə bağlı mexanizmlər düşünülməlidir".
    Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

    Deputat bildirib ki, gənclərə ölkədə kifayət qədər yaxşı təhsil verən ali məktəb olduğunu və xaricdə din təhsili almağa ehtiyac olmadığını aşılamaq lazımdır: "Əvvəlki dövrlərdə, yəni Azərbaycan yeni müstəqillik əldə etdiyi vaxtlarda bir çox vətəndaşımız İrana gedərək orada dini təhsil alıb ölkəyə qayıdırdılar. İndi isə Azərbaycanda İlahiyyat İnstitutu var və bir neçə ildir ki uğurlu fəaliyyət göstərir. Azərbaycan vətəndaşlarının dini təhsil almaq üçün xaricə getmələrinə zərurət yoxdur. Bizim tələbələr Azərbaycanda təhsil alaraq müəyyən bilik və savada yiyələnə bilərlər. Ümumiyyətlə, bir neçə ildir ki, aiddiyyatı qurumlar bu məsələyə ciddi nəzarət edirlər ki, ölkədən din təhsili üçün xarici universitetlərə kütləvi axın olmasın. Hesab edirəm ki, gənclər dini təhsil üçün elə öz ölkəmizə üstünlük verməlidirlər. Son illər xaricə təhsilə gedənlərin sayında azalma müşahidə edilir. Azərbaycanlıların İrana gedərək din təhsili almasının qadağan olunması ilə bağlı mexanizmlər düşünülməlidir. Ümumiyyətlə, bir sıra suallara cavab tapmaq lazımdır: bu mexanizm hansı formada qurula bilər? Əgər belə bir qayda icra olunacaqsa, təkcə İran yox, bütün xarici dövlətlərə şamil edilməlidir. Məsələ ciddi şəkildə araşdırılmalıdır. Xaricdə təhsillə bağlı əksər hallarda diplomlar tanınmır və həmin şəxslərin işlə təmin olunmasında müəyyən çətinliklər yaranır. Hesab edirəm ki, burada inzibati tədbirlərdən daha çox ölkədə tədris edilən dini təhsili gücləndirmək alternativdir. Milli kadrların yetişdirilməsi istiqamətində səylə çalışmalıyıq. Daha sonra isə həmin kadrlar məscidlərdə, ali təhsil müəssisələrində, dövlət qurumlarında işlə təmin olunmalıdırlar. Bununla da biz kənar təsirlərin qarşısını ciddi şəkildə ala bilərik. Hesab edirəm ki, bizim əsas işimiz kadr yetişdirmək və gənclərin xaricdə din təhsili alma meyillərinin qarşısını almaq üçün maarifləndirmə işi aparmaqdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR