AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ən iyrənc hərəkət bu idi ki..." - İlham Əliyev

  • + A
  • - A
  • 24-09-2021, 13:02


    “İkinci Qarabağ müharibəsinin gedişində kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü”.

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

    “Ən iyrənc hərəkət bu idi ki, gecə vaxtı Gəncədəki yaşayış məntəqəsinə, yatmış insanlara və uşaqlara operativ-taktiki raketlərlə zərbə endirdikdən sonra Ermənistan rəhbərliyi bununla heç bir əlaqələrinin olmadığını bəyan etmişdi.

    Özü də ən maraqlısı budur ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib?”, - prezident deyib.

    “Ermənilər düşünürdülər ki, bizi dayandıracaqlar. Onlar fikirləşirdilər ki, zərər çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən hərbi əməliyyatların dayandırılmasını tələb edəcəklər, onların niyyəti belə idi. Lakin onlar yanılırdı. Onlar ordunun döyüş qabiliyyəti və Azərbaycan xalqının mənəvi ruhu baxımından bizi lazımınca qiymətləndirmirdilər. Yaxınlarını itirmiş, özləri uçqunların altından güclə çıxmış insanlar deyirdilər ki, yalnız irəli gedin. Mən çoxlu sayda müraciətlər, məktublar alırdım, yazırdılar ki, biz ölməyə hazırıq, lakin öz torpaqlarımızı qaytarmalıyıq!

    Deməliyəm ki, bəzi Qərb dairələri də bu niyyətdə idi”, – Prezident deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR