AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MƏKTƏBİ URVATSIZ EDƏN KİMLƏRDİR?

  • + A
  • - A
  • 25-09-2021, 20:07

    MƏKTƏBİ URVATSIZ EDƏN KİMLƏRDİR?

    Etibar Əliyev,
    Milli Məclisin deputatı

    Millət vəkili Etibar Məmmədov öz şəxsi facebook səhifəsində orta məktəblərdə yaşanan xoşagəlməz hadisələrdən bəhs edib. AZADMEDİA.AZ millət vəkilinin filkrlərini təqdim edir:
    "Bir valideyin Sosial şəbəkədə yazır: "249 saylı məktəbə yeni direktor təyin olunub. Azərbaycan dilində konkret olaraq danışa bilmir, adamın diqqəti ancaq onun aksentində qalır. Səhər dərslərin açılışı üçün etdiyi çıxışını üzdən Elmar Məmmədyarovsayağı hıqqana-hıqqana zülmlə oxudu..."
    217 nömrəli Tam Orta məktəbin direktoru Şagird və valideynlərin qarşısında çıxış edəndə 27 sentyabr "Anım günün"ə "Zəfər günü", 44 günlük vətən müharibəsinə isə 24 günlük müharibə deyib.
    20 saylı orta məktəbdə dərs növbəsi davası gedir və valideynlər ölkə rəhbərliyinə müraciət üçün imza toplayırlar.
    Zəıərifə Əliyeva adına liseyə hələ direktor təyin olunmamış gənc xanım ciddi yığımlara başlayıb.
    Bir məktəb direktoru öz səhifəsində sahibi olduğu "Gözəllik salonunu" nu və Stomotoloji klinikasını reklam edir.
    Digər biri isə rəhbərlik etdiyi hazırlıq kursunu təbliğ edir.
    Bunlar hələ gözə görünənlərdir.
    Məktəbi bu günə salan kimlərdir? Yeni təyin olunmuş məktəb direktorlarının seçimində ciddi nöqsanlara yol verilməsi barədə kifayət qədər faktlar var...".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR