28 sentyabr 2021-ci il tarixdə prokurorluq əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 103 illiyi, habelə 1 oktyabr “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə Bakı şəhəri ərazisində yerləşən müxtəlif uşaq evlərini ziyarət etmişlər.
Ziyarət çərçivəsində prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri ilə maraqlanıb, onlara hədiyyələr təqdim ediblər.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.