“Böyük qayıdışa dair parlamentin üzərinə düşən mühüm vəzifələr var. Bizim Konstitusiyamızda Dağlıq Qarabağ ifadəsi yoxdur. Ancaq müvafiq qanunlar var ki, orada bu ifadə var. Onların dəyişdirilməsi əhəmiyyətlidir”.
AzadMedia.az-ın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə xidmət aparan şəxslərin sosial durumuna parlament yenidən baxa bilər: “Xahiş edirəm ki, bu məsələ nəzərə alınsın”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.