AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin nümayəndə heyəti Elbası Muzeyini ziyarət edib

  • + A
  • - A
  • 30-09-2021, 19:01


    Qazaxıstan səfəri çərçivəsində Milli Məclisin nümayəndə heyəti Qazaxıstan Respublikasının Birinci Prezidenti–Elbası Muzeyini də ziyarət edib.
    Qeyd edək ki, kitabxana-muzey kimi fəaliyyət göstərən Elbası Muzeyi ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərə, konfranslara, gənclərlə bağlı tədbirlərə ev sahibliyi edir. Muzeydə Qazaxıstan Respublikasının Birinci Prezidenti–Elbası Nursultan Nazarbayevin həyat yolunu və siyasi fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur. Ziyarət zamanı Azərbaycan nümayəndə heyətinə muzeyin eksponatları barədə ətraflı məlumat verilib. Bildirilib ki, zəngin eksponatlar arasında Azərbaycan xalqının dahi oğlu, Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vaxtilə Nursultan Nazarbayevə bağışladıqları hədiyyələr də var. Nümayəndə heyətimiz həmin eksponatları maraqla seyr edib.
    Sonra Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan və qazax xalqlarının yetişdirdiyi iki dahi şəxsiyyətin – Heydər Əliyev ilə Nursultan Nazarbayevin qoşa şəklini və ölkəmiz haqqında sanballı məlumatlar verən kitabları Elbası Muzeyinə hədiyyə edib. Ziyarət mərasimində xatirə şəkilləri çəkdirilib.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR