Türkiyə parlamenti Paris İqlim Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsini qəbul edib.
Layihə səsvermənin nəticələrinə əsasən qəbul olunub.
Xatırladaq ki, Paris Sazişi Birləşmiş Millətlər Təşkilatının 2015-ci ilin dekabr ayında Parisdə keçirilmiş iqlim konfransı zamanı qəbul edilib, 2016-cı ilin noyabr ayının dördündə qüvvəyə minib.
Paris İqlim Sazişi 2015-ci ildə 190-dan çox ölkənin imzaladığı ilk qlobal iqlim sənədidir.
Saziş qlobal istiləşmənin qarşısının alınmasına dair dünya planını müəyyənləşdirir.
Mənbə: “Anadolu”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.