Türkiyədən İrana qadağa tətbiq olundu
Türkiyə İrana məxsus yük maşınlarının sərhəd-keçid məntəqələrindən keçidinə qadağa qoyub.
Azadmedia.az xəbər verir ki, İranla Ticarətin İnkişafı Assosiasiyasının rəhbəri Özcan Alaş deyib.
“Bu addım Türkiyənin yük maşınlarının İran ərazisindən keçməsinə qoyulan qadağaya cavab olaraq atılıb. İranla Azərbaycan sərhədindəki gərginliyə görə ölkələrimiz arasında ticarət dövriyyəsi tamamilə dayanıb”- deyə Alaş söyləyib.
Xatırladaq ki, İran İsrailin Cənubi Qafqazda hərbi mövcudluğu barədə əsassız iddia ilə çıxış edərək, Azərbaycan sərhədində hərbi təlimlər keçirir.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR