AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Metropoliteninin ilk qadın maşinisti - "Metro mənim evimdir"

  • + A
  • - A
  • 9-10-2021, 03:35

    Günay Həbibli Azərbaycan metrosunda ilk qadın maşinist kimi fəaliyyət göstərir.
    Bakı Metropoliteninin ilk qadın maşinisti - "Metro mənim evimdir"
    "Metro mənim üçün həyatdır, işimi sevmirəm, işimlə yaşayıram", - deyən Günay 2019-cu il aprelin 1-dən Bakı Metropoliteninin Hərəkət Qatarlarının İstismarı üzrə İş Departamentinin qatar maşinisti vəzifəsində çalışır.

    Azadmedia.az xəbər verir ki, "Report"a açıqlamasında 27 yaşlı maşinist qatarı idarə etməyi böyük məsuliyyət adlandırıb: "Qatarı idarə etmək həm məsuliyyətli, həm də cəsarət tələb edən işdir. Gün ərzində qatarı idarə edərkən olduğum kabinə dediyimiz məkanı öz evim hesab edirəm".

    Günay deyir ki, paytaxtda evdən çıxan əksər insanların yolu metropolitendən keçir:

    "Mənim işim həmin insanlara xidmət etmək və onları gedəcəyi ünvana gecikmədən, sağ-salamat çatdırmaqdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR