Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Abış oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, general-polkovnik Məhərrəm Əliyev Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiridir. Sabah onun 70 yaşı tamam olur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.