Daxili İşlər Nazirliyi (DİN) Qax rayonunda 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən daxil olan məlumatda deylir:
"Oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə qidadan (göbələk) zəhərlənmə ilə xəstəxanaya aparılıb. Murad və İ.Qasımzadə orada ölüb, M.Qasımovun vəziyyəti orta-ağırdır.
Araşdırma aparılır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.