AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərdi

  • + A
  • - A
  • 27-10-2021, 11:56

    Beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərdi

    Ötən gün xalq olaraq çox qürurlu gün yaşadıq. Nəinki ölkə vətəndaşlarının, Azərbaycanla əməkdaşlıqda marağı olan hər kəsin diqqəti işğaldan azad olunan torpaqlarımızda start götürən yeni layihələrin icrasına, əhəmiyyətli açılışlara, təməlqoyma mərasimlərinə yönəlmişdi. 8 ay ərzində azad etdiyimiz ərazilərdə görülmüş böyük quruculuq işləri yalnız alqışa layiqdir.

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfərə gəlməsi bu dəfə tam fərqli gəliş idi. Çünki Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi idi və Hava Limanı ilk lider sərnişini - Prezident Rəcəb Tayyib Ərdoğanı qəbul etdi.

    Azadmedia.az xəbər verir ki, bu sözləri millət vəkili Məşhur Məmmədov Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfərini şərh edərkən bildirib:

    "Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. O da qeyd olundu ki, hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək.
    M.Məmmədov qeyd etdi ki, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir.

    Səfərin ən əhəmiyyətli hadisələrindən olan Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimindən danışan deputat Kəlbəcərdə inşa edilən tunellərin də əhəmiyyətindən danışdı: "Öyrəndik ki, Azərbaycanda ən böyük tuneli “Çingiz İnşaat” inşa edir, Toğanalı-Kəlbəcər yolundakı Murovdağ tuneli. Bu, Azərbaycanda ən böyük tuneldir, 11 min 600 metrdir. Dünən təməli qoyulan yol Zəngəzur dəhlizi yolu idi. Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Ermənistan sərhədinə qədər, hətta daha irəli gedəcəyik".

    Məşhur Məmmədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi səfərinin də Azərbaycanda marağı olan dövlətlərin diqqət çəkdiyi səfərlərdən olduğunu söylədi

    Prezident İlham Əliyevə hədiyyə olunan gözəl saatlar səfərin duyğulu anlarından idi. Saatların üstündə “Xarıbülbül” təsviri vardı. Prezident Rəcəb Tayyib Ərdoğanın - Şuşaya gəlmişdik. Buradan Şuşa yaxındır. “Xarıbülbül” də Şuşanın simvoludur, - söyləməsi Şuşanın Azərbaycan üçün nə qədər qiymətli olmasını bir daha göstərdi.

    Sonda deputat qeyd etdi ki, səfərin çox böyük önəmi var idi. Türkiyə prezidenti ikinci dəfədir ki, işğaldan azad edilmiş torpaqlara səfər edir: "Cənab İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla birlikdə böyük avtomobil yolunun təməlini qoyması əhəmiyyətli hadisələrdəndir. Çünki bu avtomobil yolu da Zəngəzur koridorunun bir parçasıdır. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində Azərbaycan öz istəyinə nail olacaq.

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 26-da başa çatsa da bu səfər barədə, imzalanmış sənədlər barədə hələ çox danışılacaq".
    Elnurə Abuşova












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR