AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa portalı Füzuli Beynəlxalq Hava Limanının açılışından yazdı - fotolar

  • + A
  • - A
  • 30-10-2021, 18:03

    Fransa portalı Füzuli Beynəlxalq Hava Limanının açılışından yazdı - fotolar

    Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın “Musulmans en France” www.musulmansenfrance.frwww.musulmansenfrance.fr xəbər portalında “Füzuli Hava Limanının açılış mərasimi” (Cérémonie d’inauguration de l’Aéroport de Fuzouli) sərlövhəli məqaləsi yayımlanıb.
    Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanı açılışından söz açan jurnalist mərasimdə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakını qeyd edərək Türkiyə prezidentinin Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Qarabağa ikinci səfəri olduğunu bildirir. Xatırladır ki, cənab Ərdoğan bu il iyunun 15-də Azərbaycanın Şuşa şəhərində Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsi haqqında Şuşa Bəyannaməsini imzalayıb.
    Azərbaycan və Türkiyə prezidentlərinin hava limanının rəmzi lentini kəsdiklərini və hava limanının rəmzi açarlarının prezidentlərə təhvil verildiyini bildirən müəllif, eyni zamanda, hər iki prezidentin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti işlərinin gedişi ilə tanış olduqlarını yazır. Elə həmin gün Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməl daşının qoyulduğu da diqqətə çatdırılır. “Prezidentlər Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olmaq fürsətindən istifadə edərək, gələcək Horadiz-Cəbrayıl-Zənguilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməl daşını qoyublar. Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərin gedişi də diqqətə çatdırılıb” – deyə məqalədə bildirilir.
    Füzuli Beynəlxalq Hava Limanı haqqında danışan jurnalist Azərbaycanın 44 günlük müharibədən sonra 8 ay ərzində bu işləri başa çatdırdığını vurğulayır. Qeyd olunur ki, bu il sentyabrın 5-də sınaq uçuşu həyata keçirilib.
    Daha sonra prezidentlərin Zengilan rayonunun Ağalı kəndində təkbətək görüşünə və mətbuata birgə bəyanatlarına toxunan müəllif Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışındakı toxunduğu məqamlara diqqət çəkir.
    Zeynab Kazımova bildirir ki, siyasi şərhçilər Azərbaycan Ordusunun 44 günlük müharibədə qələbə çalmasından sonra Türkiyə prezidentinin Qarabağa ikinci səfərini Azərbaycan-Türkiyə münasibətlərinin yeni dövrünün başlanğıcı kimi qiymətləndirirlər. Gələn ay Azərbaycanın Türk Şurasına sədrliyini Türkiyəyə təhvil verəcəyini qeyd edən müəllif mətbuat konfransında çıxış edən Azərbaycan dövlətinin başçısının “Türkdilli dövlətlər arasında əməkdaşlıq və qardaşlıq əlaqələri daha da möhkəmlənəcək, bununla da bütün türk dünyası üçün yeni imkanlar açılacaqdır” fikirlərini diqqətə çatdırır.
    Müəllif yazır ki, Füzuli Beynəlxalq Hava Limanının açılışında uzun illər ermənilər tərəfindən dağıdılmış Qarabağın müxtəlif bölgələrində yeni layihələrin təməlinin qoyulması həm hər iki ölkə, həm ümumilikdə bölgə, həm də dünyanın digər dövlətləri üçün çox mühüm hadisədir. Zəngəzur dəhlizi təkcə iki ölkə münasibətlərinin deyil, həm də regionun inkişafına töhfə verəcək.
    Jurnalist öz məqaləsində oktyabr ayının Azərbaycan üçün əlamətdar olduğunu da vurğulayır. O, bu ilin oktyabr ayında ilk dəfə olaraq 18 oktyabr tarixini – “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Qanununun qəbul edildiyi günü 30 ildən sonra ilk dəfə tarixi qələbə ilə qeyd etdiyini bildirir. 1991-ci il noyabrın 9-da Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu bildirən müəllif Fransanın 1991-ci il dekabrın 31-də Azərbaycanı müstəqil dövlət kimi tanıyan ikinci ölkə olduğunu da qeyd edir. Bildirir ki, Fransa 1992-ci ilin fevralında Bakıda səfirlik açır. 1992-ci il martın 2-də Azərbaycan müstəqil dövlət kimi Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib.
    Zeynab Kazımova yazır ki, hər iki prezidentin bu dəfəki bəyanatları Şuşada verilən bəyanatların davamıdır. Onlar regionun sabitliyindən, qonşu dövlətlər, o cümlədən Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İran və təbii ki, Ermənistanla münasibətlərdən danışırlar. Çünki bölgədə yeni vəziyyət yaranıb. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və sülhün bərqərar olmasına çalışır. Bu, Ermənistanın maraqlarına uyğun olmalıdır. Çünki sülh sazişi çərçivəsində regional əməkdaşlıq nəhayət inkişaf edə bilər və Ermənistan bu prosesdə iştirak edə bilər. Ona görə də Ermənistanın Azərbaycanla problemlərini həll etmək üçün səmimi istək nümayiş etdirməsi vacibdir. Türkiyə prezidentinin çıxışında vurğuladığı kimi, “Azərbaycan üçün səmimi iradə olarsa, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasına heç bir maneə olmayacaq... Bir daha vurğulayıram ki, Türkiyə eyni konstruktiv anlayışla davamlı sülhə doğru hər addımı müsbət atacaq” - deyə, müəllif bildirir.

    Məqalənin linki:
    https://musulmansenfrance.fr/inauguration-de-laeroport-de-fuzouli/



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR