AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq Nəhayət Şirinova - "Sarışan hallar nevrozu" dünyada ilk 20 xəstəlik arasında yer alır - Müsahibə

  • + A
  • - A
  • 1-11-2021, 08:19


    - Olur ki, Siz tez-tez və çox yuyunasınız?
    - Olur ki, Siz dəfələrlə nəyi isə yoxlayasınız?
    - Olur kia, Siz əşyaları müəyyən qaydada yığmağa meyil edəsiniz?
    - Olur ki, Sizi incidən hansısa bir fikirdən azad olmaq istəyirsiniz, lakin bacarmısınız?
    - Olur ki, Siz necə görünməyiniz barədə daim narahatlıq keçirir və çalışırsınız ki, bu barədə düşünməyəsiniz?
    - Olur ki, ev işləri çox vaxtınızı alsın, hansı ki, bitirməkdə çətinlik çəkirsiniz?


    Obsessiv-kompulsiv pozuntu (OKP) sarışan fikirlərin (obsessiya) və ya sarışan hərəkətlərin (kompulsiya), daha çox isə onların hər ikisinin mövcudluğu ilə xarakterizə olunan, kəskin stress pozuntusuna və dezadaptasiyaya gətirib çıxaran psixi pozuntu, səbəbləri və necə aradan qaldırıla bilər.

    Saydığımız bütün bu proseslərin meydana çıxmasına səbəb ola bilən hallar, nəticələri və həlli yolları barədə Psixoloq Nəhayət Şirinova Azadmedia.az-ın suallarına açıqlama gətirib.


    Gəlin əvvəlcə analiz edək Obsessiv-kompulsiv pozuntu nədir və yaranma səbəbləri hansılardır?

    Biz problemin görünən tərəfindəyik, əlamətləri görürük, müşahidə edirik, həyəcan və təşviş hissi keçirdirik.
    Mahiyyətini anlamağa çalışaq.
    Sarışan hallar nevrozu. Əvvəllər adı belə adlanırdı, müasir adı isə Obsessiv-kompulsiv pozuntu adlanır.
    Bu pozuntu, pasientdə təşviş yaradan sarışan fikirlərin, obsessiyaların meydana çıxması elə həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri təkrarlanması ilə müşahidə olunur.

    Qeyd etmək lazımdır ki, insanlarda ara-sıra sarışan fikirlər ola bilər. Belə ki, bu sizi narahat etmirsə, incitmirsə, psixoloji narahatlıq və gərginlik yaratmırsa buna görə narahatçılıq keçirməyə dəyməz. Biz bunu ona görə deyirik ki, Obsessiv-kompulsiv pozuntudan əziyyət çəkməyən insanlarda da hansısa müəyyən sarışan hərəkətlər edirlər -
    Məsələn: Xırda əşyaları əllərində oynatmaq, təsbeh çevirmək və sair kimi.

    O, ki, qaldı bu problemdən əziyyət çəkən insanlar onlarda isə bu hal təşviş, psixoloji diskomfort, gərginlik yaradır. Olduqca tez-tez bu hallar təkrarlanır, çoxalır sanki insanın həyatına daxil olur. Beləliklə, onlardan yaxa qurtarmağın qeyri-mümkün olduğunu zənn edirsən. Obsessiv-kompulsiv pozuntu yetərincə insanları narahat edən bir məsələdir. Simptomlara daxildir -
    Məsələn: Tez-tez və çox yuyunmaq.
    Dəfələrlə nəyisə yoxlamaq.
    Əşyaların təmizliyinə əmin olmamaq.
    Əşyaları müəyyən formada yerləşdirməyə meyillilik və s.
    Əsas əlamətlərindən biri də təcrübədə daha çox "iyrənmə" və "vasvasılıq" daxildir.

    Belə ki, bu xəstəliyə düçar olanlar saatlarla əllərini, paltarlarını, şəxsi əşyalarını yuyurlar və gün ərzində bir neçə dəfə çimirlər. Maraqlısı odur ki, onlar bunu öz ailə üzvlərinə də etməyi məcbur edirlər. Daima üzərlərində yaş və ya quru salfet və ya dəsmal gəzdirirlər.

    Bu gün cəmiyyətimizdə yetərincə bu hallar mövcuddur. Bu mövzuda Psixoloqlara da müraciətlər olduqca çoxdur. Valideynlər narahat olur. Uşağın onun gözü qarşısında etdiyi bu sarışan hallar get-gedə çoxaldığını vurğulayırlar. Uşaqlarda özünə əminlik azalır və bu problemdən yaxa qurtarmağın yollarını axtarırlar.

    Nədən yaranır Obsessiv-kompulsiv pozuntular, hansı amillər bununla bilavasitə bağlıdır?

    Bu amillərə bioloji və psixoloji amillər daxildir -

    Bioloji amillər - İrsi meyllilik daxildir. Xəstəliyə yeniyetməlik dövründə başlamış insanların Obsessiv-kompulsiv pozuntudan əziyyət çəkən qohumları vardır.

    Bioloji faktorlara həmçinin beyin hüceyrələrindən gedən maddələr mübadiləsi də aid olduğunu həkimlərimiz vurğulayır. İnsan beynində neyromediatr adlanan xüsusi fəal kimyəvi maddələr var. Müəyyən edilmişdir ki, Obsessiv-kompulsiv pozuntu zamanı metromediatrlardan birinin - serotoninin miqdarının azalması qeyd olunur.

    Bəzi araşdırmalara görə dünya əhalisinin 1-3 faizində bu xəstəliyə rast gəlinir.

    Obsesif kompulsif pozğunluğun (OKB) səbəbi tam aydınlaşdırılmasa da, bioloji və ətraf mühit faktorlarının təsirli olduğu düşünülür.


    Obsessiya arzuolunmaz davranışlara səbəb olur

    Vəsvəsə; Gündəlik həyatı mənfi təsir edən bir şəkildə meydana gələn irrasional, obsesif və narahat edici düşüncələri ehtiva edən davamlı vəziyyətlərdir.

    Bu pozuntunun başqa bir hissəsi də zehni tez-tez narahat edən vəsvəsədən ağlını yayındırmaq üçün insanı etmək istəmədiyi davranışları etməyə məcbur edən təkrarlanan davranışlardır.

    Məcburiyyətlər insanın vaxtının çox hissəsini ala bilər, çünki onlar vəsvəsə səbəb olduğu mövcud sıxıntını azaltmağın yeganə yolu kimi görünürlər.

    Obsessiv-kompulsiv pozuntunun müalicəsi varmı?

    Bəli var, mövcuddur. Bütün bu sadaladığımız halları yüz faiz və ya qismən aradan qaldırmaq mümkündür.

    Müasir dövrdə xəstəliyin ən effektiv metodu koqnitiv-davranış psixoterapiyası hesab olunur ki, onun köməkliyi ilə OKP-nin simptomları tezliklə aradan qaldırılır. Psixoterapiya uşağın düşüncə obrazını, onun emosional və davranış reaksiyalarını dəyişir. Xəstəliyin ilkin başlanğıcında koreksiyalar daha effektiv olur.

    Yaxşı olardı ki, ətrafınızda olan OKP-dən əziyyət çəkən insanları mütəxəssislərə yönləndirəsiniz. Bugünki cəmiyyətimizin inkişafı bizim sağlam rifahımızdan asılıdır.

    Hər bir Azərbaycan vətəndaşına aydın səma, xoş rifah, gözəl həyat arzu edirəm.

    Sonda etimadınız üçün Ülkər xanım sizə, Azadmedia.az ailəsinə öz dərin təşəkkürümü bildirirəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR