AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliabbas Salahzadə: Azərbaycan Ordusunun döyüş təcrübəsi beynəlxalq səviyyədə öyrənilir

  • + A
  • - A
  • 25-06-2021, 12:28


    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qarantı olan Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan geniş bəhs edərək bildirib ki, bu il 26 İyun tarixini böyük qürurla, yüksək əhval-ruhiyyə ilə qeyd edirik: “Rəşadətli Azərbaycan Ordusu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi, Ermənistanı diz çökdürdü. Bu gün xalqımızın böyük qürurla ziyarət etdiyi, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun qəhrəmanlığının, şücaətinin təqdimatıdır. Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının istər 10 dekabr Zəfər Paradında, istərsə də Hərbi Qənimətlər Parkında nümayişi işğalçı dövlətin illərdir yaratdığı “yenilməz erməni ordusu” mifinin dağıldığının nümayişidir.”

    Ə.Salahzadə qeyd edib ki, tarixi Zəfərimizə gedən yolu bayram günündə təhlil etməmək mümkünsüzdür: “Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması, müharibə taktikasının dünyanın inkişaf etmiş ölkələrində öyrənilməsi, dərsliklərə salınmasının zəruriliyinin gündəmə gətirilməsi möhkəm təmələ əsaslanan siyasətimizin nəticəsidir. Müstqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu Azərbaycanın digər sahələr kimi ordu quruculuğunda da uğursuzluqlarına səbəb olmuşdur. Həmin illərdə hakimiyyətsizlik, şəxsi ambisiyaların dövlət maraqlarını üstələməsi, ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların geniş vüsət alması, digər tərəfdən isə Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi torpaqlarımızın işğalına səbəb oldu. Yaşanan ağır durum xalqı ayağa qalxmağa, öz xilaskarının- ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etməyə səslədi. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü uğurlarımızın əsası oldu.”

    Millət vəkili bildirib ki, Ulu Öndərin bugünümüzə hesablanmış siyasətinin uğurları göz önündədir: “İqtisadi tərəqqi ordu quruculuğu sahəsində əhəmiyyətli addımların atılmasını təmin etdi. Ordumuzun maddi-texniki bazası möhkəmləndi, müasir standartlara cavab verən Silahlı Qüvvələrimiz formalaşdı. Son 18 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bu illər ərzində Azərbaycanın daha da güclənməsinə, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına xüsusi diqqət yönəltdi. Azərbaycan gücləndi, ordumuz daha da təkmilləşərək, maddi-texniki bazasını möhkəmləndirərək hər an torpaqlarımızı işğaldan azad etməyə hazır olduğunu bəyan etdi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan Qələbəsi Ordumuzun hansı imkanlara malik olduğunu Ermənistana və ona havadarlıq edənlərə nümayiş etdirdi. Görünür, işğalçı dövlət bu məğlubiyyətlərindən dərs almadı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarının qarşısı dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına uyğun olaraq Ordumuz tərəfindən qətiyyətlə alındı. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusinin gücünün bir daha təqdimatı oldu.”

    Ə.Salahzadə vurğulayıb ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycan Silahlı Qüvvələri Gününü Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlıq hissi ilə qeyd edir: “Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Ordusu dünyanın ən güclü ordusudur. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, hər kəs bilməlidir, torpaqların satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.”

    “Zəfərimiz uğurlarımızın zirvəsidir” söyləyən millət vəkili qeyd edib ki, milli ordumuz 44 gündə düşmənə heç vaxt unutmayacağı dərsi verdi. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR