Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2334 yeni yoluxma faktı qeydə alınıb, 2092 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
Xatırladaq ki, 11 Noyabr 2021-ci il tarixində 1774 yoluxma faktı və 30 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 10 milyonu keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38082 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5032, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9580, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23470 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10021688, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5012689, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4464036, buster doza üzrə vaksinasiya olunanların sayı isə 544963 təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.