AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq Şairi Vahid Əziz Şuşada: “Ölmədim bu günü də gördüm”

  • + A
  • - A
  • 30-08-2021, 20:48


    Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub. Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.

    Uzun illərdən sonra Şuşada keçirilən mərasimdə iştirak edən tanınmış şair Vahid Əziz təəssüratlarını Modern.az-la bölüşüb.

    O, bu günü çoxdan arzuladığını, nəhayət, arzusuna çatdığını söyləyib.

    “Vaqif Poeziya Günlərində Prezidentlə birgə iştirak etmək mənim üçün böyük şərəfdir. Şuşanı görmək, belə tədbirdə iştirak etməkdən böyük xoşbəxtlik ola bilməz. Şükür sənə İlahi, ölmədim bu günü də gördüm.

    Təsəvvür edirsinizmi, 30 ildən sonra Şuşa işğaldan azad olunub və mən gəlib möhtəşəm tədbirdə iştirak edirəm. 46 yaşımda Şuşanı itirmişdim, 76 yaşımda isə böyük şəxsiyyətlərlə, dahi şairlərlə Şuşanı tapdım. Bu anı yaşamağa dəyər”, - deyə Vahid Əziz bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR