Masallıda şəhid ailələri ziyarət olunub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsi və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə Masallı rayonunda şəhid ailələrinə növbəti dəfə baş çəkilib. Ziyarətlərdə adıçəkilən yerli həmkarlar təşkilatının sədri Vəkil İsmailov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və digər mədəniyyət işçiləri iştirak edib.
Mədəniyyət işçiləri Ərkivan qəsəbəsində şəhid Sənan Mətləb oğlu Seyfullayev, Böyük Xocavar kəndində şəhid Məhəmməd İlham oğlu Əliyev və Hüseynhacılı kəndində şəhid Elçin Qismət oğlu Novruzovun ailəsində qonaq olublar.
Görüşlər zamanı mədəniyyət işçiləri ailə üzvlərinə qayğı ilə yanaşıblar. Onlar valideynlərə səbir diləyərək şəhid övladlarının ruhuna sayğı göstəriblər.
Valideynlər isə övladlarının döyüş yolundan bəhs edərək qonaqları şəhid övladlarının xatirə guşələri ilə tanış ediblər.
Ziyarət olunan ailələrə yerli həmkarlar komitəsinin maddi dəstəyi ilə hazırlanmış yardım bağlamaları təqdim olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ülkər Piriyeva