AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib

  • + A
  • - A
  • 21-11-2021, 14:48

    Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib

    İbrahim Cəfərov,
    Professor, ADAU-nun rektoru

    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 29 il ötür.
    Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi. O dövr müstəqilliyini yenicə bərpa etmiş ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. Hətta o zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşdik. Xalqın ümidi zəngin dövlətçilik təcrübəsinə malik olan, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Həmin ilin noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı Azərbaycanın gələcək uğurlarına yol açdı.
    Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi xalqın partiyanın sədrinə olan sevgisi, güvəni idi. Bu güvənin doğru olduğunu Ulu Öndər zamanla sübut etdi. Əməlləri ilə, yorulmaz fəaliyyəti ilə göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.
    Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur.
    Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü.
    Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun yüz minlərlə üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar.
    Bu gün əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır və bu həmişə belə olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR