Masallı rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, bu gün Masallı rayonu Banbaşı kəndində Şəhid Akifzadə Elmir Gündüz oğlun adına bulağın açılış mərasimi keçirilib.
Belə ki, açılış mərasimində Rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov, millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və kənd camaatı iştirak ediblər.
Çıxış edənlər Şəhidin qəhrəmanlıq yolundan və dövlətin şəhid ailələrinə qayğısından söz açıblar.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar.