AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnternet televiziyaları ilə bağlı məsələyə aydınlıq gətirildi

  • + A
  • - A
  • 11-12-2021, 20:35


    Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz “Media haqqında” yeni qanun layihəsində internet televiziyalarına lisenziya verilməsinin könüllü olub-olmaması məsələsindən yazıb.

    O. Gündüz sosial şəbəkə hesabında qeyd edib ki, internet TV-lərin lisenziyalaşması ilə bağlı ötən gündən başlayaraq yayılan bütün xəbərlərdə MTRŞ sədrinin "lisenziya könüllü olacaq" fikri qabardılıb: “Amma "Media haqqında" qanun layihəsində İnternet TV-lərin də daxil olduğu fəaliyyət sahəsinin birmənalı olaraq lisenziyalaşması qeyd edilib. Könüllülük prinsipi layihədə heç bir yerdə nəzərdə tutulmayıb.

    Mən isə parlamentdə çıxışımda qeyd etmişəm ki, dövlətə məxsus tezlik resursundan istifadə etməyən İnternet TV-lərin lisenziyalaşması tələbi doğru deyil. Onlayn medianın tənzimlənməsinə həssas yanaşılmasının vacibliyini, daha çox inkişafa kömək edəcək məqamlara diqqət yetirməyi, "platforma yayımçısı" və "platforma operatoru" məsələlərinə aydınlıq gətirilməsi məsələsini qaldırmışam”.

    “Qafqazinfo” sözügedən qanunda könüllülük məsələsinə aydınlıq gətirmək üçün Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Fazil Novruzovla əlaqə saxlayıb. O qeyd edib ki, əgər yayımçı internet televiziyası olaraq platforma yayımçısı olmaq istəyəcəksə, o zaman qanunla lisenziya üçün müraciət edib müəyyən tələblərə riayət etməlidir: “Bu, sizə müqavilə bağlayaraq kabel şəbəkəsinə düşməyə imkan verəcək. Bundan sonra ayrıca lisenziya alıb peyk yayımına da çıxa bilərsiniz. Platforma yayımçısı olmaq və media reyestrinə düşmək istəmirsinizsə, sizdən hazırda heç kim lisenziya almağı tələb etmir. 1-2 saat yayım aparan televiziyalar internet resurs kimi qalırlar, onlara televiziya adı da qoymaq düzgün deyil”.

    Aparat rəhbəri qeyd edib ki, internet televiziyaları ilə bağlı məsələ qanunun 30-cu maddəsində platforma yayımçısı adı altında birləşdirilib: “Çünki internet televizyası anlayışı dünyada işlədilmir. Sabah bu anlayış sosial şəbəkə televiziyası adı altında da ola bilər. Ona görə də qanunda ümumi platforma yayımçısı kimi işlədirik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR