Azərbaycan azad olunan ərazilərdə təmizləmə işləri məqsədilə yeni mina axtaran robotlar alacaq.
Bunu Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Onun sözlərinə görə, hazırda mina axtaran mütəxəssislərin sayının artırılması prosesi də davam etdirilir.
"Ermənilər həmin ərazilərdə çoxsaylı minalar basdırıblar. Bu ərazilər tez bir zamanda təmizlənməlidir ki, quruculuq abadlıq işləri də sürətləndirilsin.
Hazırda mina axtaran cihazlarla yanaşı həmçinin, mina axrştaran robotların da alınması ilə bağlı işlər aparılır. Bu işləri Fövqaladə Hallar Nazirliyi ANAMA və Müdafiə Nazirliyi ilə birgə aparır. Bunula bağlı sürətli işlər görülülr, məsələlər müzakirə edilir", - deyə nazir bildirib.
Nazir bildirib ki, ərazidə ərazi yaşıllıq olduqca mina axtarması çətinləşir. Amma artıq payız-qış mövsümüdür, otlar quruyur və mina axtarışları sürətləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.