AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Frits Ştuxlik: “Azərbaycanda bu tarixdən VAR tətbiq olunacaq“

  • + A
  • - A
  • 2-02-2022, 11:43

    Frits Ştuxlik: “Azərbaycanda bu tarixdən VAR tətbiq olunacaq“
    Azərbaycan futbolunda VAR martın sonları - aprelin əvvəllərində tətbiq oluna bilər.

    Bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik açıqlama verib.

    O bildirib ki, hazırda çiplərin gətirilməsi üzərində işlər gedir:

    "Çiplər bizdən asılı olmayaraq, ləngiyir. Öncədən 2020-ci il dekabrın ortalarında gözləyirdik. İndi isə 20 fevrala gələcəyini planlaşdırırıq. Hər şey plan üzrə getsə, bu sistemi martın əvvəllərində yarada biləcəyik. Mərkəz kimi Bakı Olimpiya Stadionunu nəzərdə tutmuşuq. Avadanlıqlar maşınlarda qurulacaq. VAR Premyer Liqanın 8 klubunun ev oyunlarını keçirdiyi arenalarda, eləcə də Tofiq Bəhramov adına Respublika stadionu və "Dalğa Arena"da tətbiq olunacaq. Yəni, FIFA-nın sertifikasiya etdiyi stadionlardan istifadə oluna bilər".axar.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR