Masallıda Xocalı sakinləri ilə görüş təşkil olunub.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 23 fevral 2022-ci il tarixdə Xocalı faciəsinin 30 ildönümü ərəfəsində Xocalıdan olan ailələrlə görüş keçirilib.
Belə ki, Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Masallı rayonunda da geniş şəkildə qeyd olunur. Masallı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ixtisas məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər həyata keçirilir, faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər təşkil olunur. Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız olan ermənilərin və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə, məktəblilərə çatdırılır.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, RİHB-nın müavinləri — Adəm Məhərrəmov və Aybəniz Qafarova, Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov və başqaları qəsəbədə məskunlaşmış Xocalı sakinləri ilə görüşə gəldiklərini və onların sosial problemləri ilə yaxından tanış olduqlarını bildiriblər.
Rayon rəsmləri qeyd ediblər ki, Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisidir. Çıxış edənlər Azərbaycan Respublikasının Ermənistan tərəfindən cəlb olunduğu və cəmi 44 gün davam edən müharibə - İkinci Qarabağ müharibəsi başa çatdı. Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın yeni tarixinə öz adını əbədi yazdı.
Uşaq bağçasında məskunlaşmış Xocalı sakinləri – Yusif Məhəmməd olu Quliyev və onun həyat yoldaşı Kamilə Aydın qızı Quliyeva, övladları Zaur və Vüsal, kürəkəni Qorxmaz və başqaları ölkə rəhbərliyinin səyləri ilə Qarabağın tam azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə, həmin yerlərdə Azərbaycan Bayrağının dalğalanacağı günə əmin olduqlarını vurğulayıblar.
Xocalı sakinləri, həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayonunun icra başçısına dərin təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, sonra Ərkivan qəsəbəsində məskunlaşmış Xocalı şəhərindən olan ailənin nümayəndələrinə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən yardımlar göstərilib.
Ülkər Piriyeva