AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının qurbanları anılıb - FOTO

  • + A
  • - A
  • 26-02-2022, 17:00

    Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının qurbanları anılıb - FOTO



    Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir təşkil edilib. Xidmətin inzibati binasında faciənin təfərrüatlarını əks etdirən sərgi nümayiş olunub.

    Azadmedia.az xəbər verir ki, Ayrı-ayrı struktur bölmələrin əməkdaşları 30 il əvvəl məhz bu tarixdə erməni vandalları tərəfindən xalqımızın başına gətirilən faciə barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Xocalı soyqırımı erməni millətçiləri tərəfindən 200 ildən artıq müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasətinin davamı olub.

    İstiqlal muzeyi ilə birgə keçirilən tədbirdə muzeyin arxivində saxlanılan fotolar sərgilənib. Hər bir əl işi Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərilmiş mübarizə əzminin nümayişi kimi qiymətləndirilib.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR