Rövşən Əhmədov
Yeni Azərbaycan partiyasının Ağcabədi təşkilatının sədri Bəyənnamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizimə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir. Türkiyə ilə imzalanmış Şuşa bəyənnaməsi kimi, Rusiya ilə Moskva bəyənnaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə divident gətirir.
Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional düzən, yeni münasibət formalaşmaqdadır. Bu yeni siyasi çağrışlarda əsas rol oynayan tərəflər Azərbaycan, Türkiyə və Rusiyadır. Bu konteksdə Azərbaycan-Rusiya arasında müttəfiqlik bəyənnaməsinin imzalanması yeni konfiqurasiyanı rəsmən təsbit edir.Bəyənnamə qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsinə, Azərbaycanın regionda yaratdığı yeni reallığa tam cavab verir. Sürətlə dəyişən təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin daha da dayanıqlı qorunmasını təmin edir. Türkiyə və Avropa İttifaqı ilə əməkdaşlıqdan sonra Rusiya ilə müttəfiq olmaq, peşakar diplomatiya, siyasi iradə güc və uzaqgörənliyin təzahürüdür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.