Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsindədir - ÖZƏL
Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsindədir
“Müstəqil Azərbaycan uğurlu xarici siyasət nəticəsində beynəlxalq müstəvidə nüfuzlu dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində Azərbaycan dünya ölkələri, eləcə də beynəlxalq təşkilatlarla fəal əkməkdaşlıq əlaqələri yarada bilər. Məhz bunun nəticəsində də Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi qəbul olunur. “Müstəqil Azərbaycan uğurlu xarici siyasət nəticəsində beynəlxalq müstəvidə nüfuzlu dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində Azərbaycan dünya ölkələri, eləcə də beynəlxalq təşkilatlarla fəal əkməkdaşlıq əlaqələri yarada bilər. Məhz bunun nəticəsində də Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi qəbul olunur.
Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır.
Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir. Bu məqsədlə iki ölkənin aidiyyəti qurumları tərəfindən birgə davamlı fəaliyyətlər həyata keçiriləcəkdir.
Vazeh Axundov – Masallı rayon Şərəfə kənd sakini
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR