AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyalı milyarder Abramoviçin flaş açıqlaması: “Çelsi”ni satıb gəlirini ukraynalılara bağışlayacağam - ÖZƏL

  • + A
  • - A
  • 2-03-2022, 23:43

    Rusiyalı milyarder Abramoviçin flaş açıqlaması: “Çelsi”ni satıb gəlirini ukraynalılara bağışlayacağam - ÖZƏL

    Rusiyalı milyarder Abramoviçin flaş açıqlaması: “Çelsi”ni satıb gəlirini ukraynalılara bağışlayacağam”, deyib.

    “Reuters”in məlumatına görə, rusiyalı iş adamı Roman Abramoviç 19 ildir sahibi olduğu “Çelsi” Futbol Klubunu satmaq qərarına gəldiyini açıqlayıb və satışdan əldə olunan pulu Ukraynada müharibə qurbanlarına yardım üçün bağışlayacağını vəd edib. "Çelsi"nin rəsmi saytında paylaşılan açıqlamada Roman Abramoviç klubu "klubun, azarkeşlərin, heyətin, sponsorların və bütün tərəfdaşların xeyrinə" satmağa qərar verdiyini açıqlayıb.

    Klubun tez bir zamanda ləğv edilməyəcəyini dilə gətirən Abramoviç açıqlamasında kluba verdiyi 1,5 milyard dolları geri almayacağını bildirib. Abramoviç onu da bildirib ki, satışdan əldə edilən bütün xalis gəlirə xeyriyyə fondu yaradılacaq və bu fond Ukrayna müharibəsi qurbanlarına kömək edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR