Xorvatiyanın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.
AzadMedia.az Rusiya MN-ə istinadən xəbər verir ki, hərbi attaşeyə Ukraynaya Polşa vasitəsi ilə Xorvatiyadan 200-ə yaxın muzdlunun gəldiyi bildirilib.
Qeyd olunub ki, Xorvatiyadan gələn muzdlular Ukraynanın cənub-şərqindəki milliyəti batalyonların tərkibinə daxil olub: “Ukrayana gələn əcnəbi muzdulular Rusiya texnikası kolonuna diversiya və hücumlar törədir. Bütün bu hücumlar Qərbin Ukrayaya verdiyi silahlar - ABŞ-ın Javelin, Böyük Britaniyanın NLOW və Stinger silahları vasitəsi ilə həyata keçirilir”.
Rusiya Müdafiə Nazirliyi bununla bağlı Ukraynaya gəlmək istəyən xarici vətəndaşlara xəbərdarıq edib: “Kiyevin milliyyətçi rejimi üçün Ukrayana gəlməyi planlaşdıran xarici dövlətlərin vətəndaşlarını səfərdən öncə yeddi dəfə bu barədə düşünməyə çağırırıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.