AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Yeni Azərbaycan Partiyası - ÖZƏL

  • + A
  • - A
  • 9-03-2022, 12:55

    Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Yeni Azərbaycan Partiyası - ÖZƏL


    Tərlan Şahverdiyev – Masallı rayon Musakücə kənd sakini



    Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti yarandığı gündən ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir.


    Cənab prezident İlham Əliyevin təşəbbüsü və partiyanın ideologiyası ilə aparılan uğurlu siyasət sayəsində Azərbaycanın “regionun lider ölkəsi” statusu təsdiqləndi
    .

    Uğurlu siyasətin nəticəsidir ki, ölkəmizə gələn investisiyalar dayanmadan artır, iqtisadiyyat daim inkişaf etdirilir.

    Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

    Hazırda YAP yeni idarəetmə modelini özündə ehtiva edən partiyadır. VII Qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.

    Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir və ölkə siyasətində qadınlara verilən önəmin bariz nümunəsidir.

    Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir.

    Tam əminliklə demək olar ki, YAP həm də ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiyadır.

    Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi.


    Ölkədə həmrəylik və demokratiya mühitinin qorunması siyasətinin reallaşmasında iqtidar partiyasının aparıcı rolu danılmazdır.

    Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir.


    Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır.

    Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapdı.

    Peşəkarlıq, dövlətçilik və vətənpərvərlik – YAP-da aparılan yeni kadr siyasətinin əsas meyarlarıdır.


    YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamıdır.


    Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu.

    Ümumiyyətlə, siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir.

    Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR