AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tehran Orucoğlu: “Ermənistanın varlığı belə rəsmi Bakının qərarlarından asılıdır” - MÜSAHİBƏ

  • + A
  • - A
  • 24-04-2022, 15:30

    Tehran Orucoğlu: “Ermənistanın varlığı belə rəsmi Bakının qərarlarından asılıdır” - MÜSAHİBƏ

    “Zəfər Qurultayında çıxış edən ölkə başçısı Ermənistana son xəbərdarlığını edib. Ötən gün gerçəkləşən Qurultayda dünya Azərbaycanlıları ilə birlikdə dünyaya önəmli mesajlar verildi. Dünya mediası bu çıxışı çox diqqətlə izləyirdi. Hətta erməni mediası Şuşa Qurultayından yazırdı”.

    Bu fikirləri siyasi şərhçi Tehran Orucoğlu Azadmedia.az-a olan müsahibəsində səsləndirib. O bildirib ki, Prezident İlham Əliyevin Ermənistanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlər, ermənistan siyasi elitası üçün dərs olmalıdır.


    “Ölkə başçısı bildirdi ki, əgər revanşist qüvvələr aktivliyini qorusa, Ermənistan rəhbərliyi onlar üçün yaradılan son şansdan istifadə edərək sülh müqaviləsindən yayınsalar, o zaman Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Bu fikir o deməkdir ki, regionda diqtə edən tərəf Azərbaycandır və Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaması rəsmi İrəvanı daha böyük iqtisadi və siyasi böhrana sürükləyəcək. Bu həmdə Ermənistana yeni müharibə siqnalıdır. Çıxışa nəzər yetirdiyimizdə görərik ki, ölkə başçısı Cənubi Qafqaz coğrafiyasının tarixi, ordu quruculuğunda edilən yeniliklər fonunda çıxışı zamanı Ermənistana bu mesajı verdi. Əgər tarixi ədalətdən danışırıqsa və Ermənistan hazırda mövcud olan şərtlərlə sülh müqaviləsindən yayınırsa biz niyə Zəngəzurda tarixi ədaləti bərpa etməyək?! Həqiqətən Ermənistan üçün son şansdır. Ya onlar bunu dəyərləndirəcəklər, ya da bir ölkə kimi mövcudluqları sual altında olacaq”.

    Tehran Orucoğlu həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla birlikdə ölkə başçısının son mesajlarını Azərbaycanın gələcək tarixinə hesablandığını deyir.

    “Biz hələ 5-10 il öncə Prezident İlham Əliyevin nitqlərinə baxdığımızda görürük ki, bu gün verilən bütün vədlər reallaşıb. Bunu biz həm siyasi, həm iqtiasadi, həm də humanitar sahələrdə görürük. Balanslaşdırılmış siyasət, gələcəyə hesablanan iqtisadi inkişaf məhs budur. Bu gün Azərbaycanın gücü onu deməyə əsas verir ki, Ermənistan kimi kiçik, böhran içərisində olan bir dövlət Azərbaycanın inkişafına nəin ki maneə ola, hətta öz varlıqları belə rəsmi Bakının qərarlarından asılıdır. Bu reallığı bizə yaşadan isə Ali baş Komandandır”.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR