AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağcabədi rayon Nəcəfqulubəyli kəndində səyyari qəbul kecirilmişdir

  • + A
  • - A
  • 28-04-2022, 20:50

    Ağcabədi rayon Nəcəfqulubəyli kəndində səyyari qəbul kecirilmişdir


    Aprel ayının 27-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləriləri rayonun Nəcəfqulubəyli kəndində səyyari qəbul keçirmişlər.

    Qəbulda İcra hakimiyyətinin başçısı aparatının, Nəcəfqulubəyli kənd icra nümayəndəliyinin işçiləri, YAP Nəcəfqulubəyli kənd ərazi təşkilatının sədri, məktəb direktoru, torpaq mülkiyyətçiləri, sahibkarlar və kənd ictimaiyyətinin nümayəndələri, həmçinin rayonda fəaliyyət göstərən idarə, və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

    Səyyari qəbulda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək ölkədə və rayonda həyata keçirilən işlər barədə məlumat vermiş, Nəcəfqulubəyli kəndində təsərrüfat işlərinin gedişi təhlil edilmiş, qarşıda duran vəzifələrin həlli istiqamətində öz tövsiyyələrini vermiş, kənd sakinləri Bəhrəm Əhmədovun, Davud Məmmədovun, Aygün Əhmədovanın, Cəmil Əhmədovun, Nadir Hüseynovun, Ramil Əhmədovun, Adil Talıbovun qaldırdıqları məsələlərə münasibətini bildirdmiş və həlli mümkün olan problemləri aradan qaldırılması üçün aidiyyati təşkilat rəhbərlərinə tapşırıqlar vermişdir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR