AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Muğanlı kəndində növbəti səyyari qəbul keçirmişlər.

  • + A
  • - A
  • 21-04-2022, 18:00

    Muğanlı kəndində növbəti səyyari qəbul keçirmişlər.

    Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov , hüquq-mühafizə orqanlarının rəhbərləriləri rayonun Muğanlı kəndində növbəti səyyari qəbul keçirmişlər.
    Qəbulda İcra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, Muğanlı kənd icra nümayəndəliyinin və Muğanlı bələdiyyəsinin işçiləri YAP Muğanlı kənd ərazi təşkilatının sədri, məktəb direktoru və ərazidə fəaliyyət göstərən digər qurumların rəhbərləri, torpaq mülkiyyətçiləri, sahibkarlar və kənd sakinləri, həmçinin rayonda fəaliyyət göstərən müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
    Səyyari qəbulda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov yerli sakinləri, istehsalçıları diqqətlə dinləyərək, onların səsləndirdikləri içməli və təsərrüfat suyunun qıtlığı, qaz və işıq problemlərinin həlli istiqamətində aidiyyati təşkilatlara tapşırıq və tövsiyələrini verib, belə görüşlərin əhali arasında ictimai fəallığın artmasına, dogma torpaq üçün təəssübkeşlik hissinin yüksəlməsinə səbəb olduğunu xüsusi ilə qeyd edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR