AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə “ZƏFƏR” kubokunun son qrup mərhələsi keçirilib

  • + A
  • - A
  • 29-04-2022, 19:29

    Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə “ZƏFƏR” kubokunun son  qrup mərhələsi keçirilib

    Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə
    “ZƏFƏR” kubokunun son qrupu mərhələsi keçirilib.

    Azadmedia.az - 29 aprel 2022-ci il tarixdə Şərəfə kənd Q.İsmayılov adına tam orta məktəbində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "Xəmsə" Milli İntellektual oyunu üzrə "Zəfər" kubokunun son qrup oyunları başa çatıb.

    Maraqlı mübarizə şəraitində keçirilən bilik yarışında Xırmandalı kənd X.Məmmədov adına tam orta məktəbinin komandası bütün rəqiblərindən güclü olaraq may ayında keçiriləcək final oyununa vəsiqə qazanıb.

    Qeyd edək ki, “Zəfər” kubokunun final mərhələsi may ayının 7-də “Masallı Gənclər evi” sosial xidmət müəssisəsində keçiriləcək.Məlumat üçün qeyd edək ki, “Zəfər” kuboku üzrə “Xəmsə” Milli intellektua oyununda ikinci yeri tutmuş komandalar “Breyn rinq” yarışında iştrak edəcəklər.

    Qeyd edək ki, tədbirdə Ağakişibəyli və Şərəfə kənd şagirdləri iştirak ediblər.

    ƏLİHÜSEYN ŞÜKÜROV


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR