AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yardımlıda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə bağlı Şahmat yarışı keçirilib - FOTO

  • + A
  • - A
  • 9-05-2022, 23:05

    Yardımlıda  Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə bağlı Şahmat yarışı keçirilib - FOTO
    Azadmedia.az - Mayın 9-da Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Yardımlı rayon Uşaq Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar məktəblilər arasında Şahmat yarışı keçirilib.

    Tədbirdə Mərkəzin əməkdaşları, Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev, rayon Şahmat məktəbinin müəllim və şagirdləri iştirak edib. Açıq havada təşkil olunan tədbirdə ilk olaraq ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb.
    Əvvəlcə Ayaz Əliyev tədbirin mahiyyəti barədə iştirakçıları məlumatlandırıb, ulu öndərin xalqımız, dövlətimiz naminə əvəzsiz xidmətlərindən söhbət açıb.

    Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə tədbir iştirakçılarını salamlayıb, Mərkəz tərəfindən ulu öndərin irsinin təbliği məqsədilə keçirilən tədbirlər haqqında məlumat verib və yarış iştirakçılarına uğurlar arzulanıb.
    Yarış yekunlaşdıqdan sonra hakimlər tərəfindən qaliblər müəyyənləşib onlara I, II və III yerlər olmaqla "Diplom"lar təqdim edilib.

    Tədbir iştirakçıları dahi şəxsiyyətin dövlətçilik fəaliyyətini əks etdirən ekponatlarla tanış olduqdan sonra tədbirə yekun vurulub.
















    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR