Azadmedia.az - Mayın 18-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Beynəlxalq Muzeylər Günü" münasibətilə "Tarixin varisi" adlı tədbir təşkil olunub.
Tədbirdə Mərkəzin kollektivi ilə yanaşı, İ.N.Sadıqov adına Yardımlı rayon Köryədi kənd ümumi orta məktəbinin müəllim və şagirdləri iştirak edib. Tədbirdə çıxış edənlər - Mərkəzin əməkdaşları Aqil Ağayev, Zeynəb Məmmədzadə "Muzeylər Günü"nün yaranma tarixi, tariximizi əks etdirən Muzeylərimiz, o cümlədən 2005-ci ildən fəaliyyət göstərən Yardımlı rayon Heydər Əliyev Mərkəzi və Mərkəzin iş prinsipi haqqında ətraflı məlumat veriblər. Natiqlər tariximizin varisi olan Muzeylərimizə göstərilən dövlət qayğısını da diqqətə çatdırıblar. Məktəbin direktoru Sakit Əlioğlu əlamətdar gün münasibətilə Mərkəzin əməkdaşlarını təbrik edib və tədbirin təşkilinə görə təşəkkürünü bildirib. Tədbirdə həmçinin bu təhsil ocağının şagirdi, Mərkəzin könüllüsü Kəmalə İbişlinin çəkdiyi rəsm əsərlərindən ibarət sərgiyə də baxış keçirilib. Sonra Kəmalə İbişli əlamətdar gün münasibətilə və mütəmadi olaraq Mərkəzdə təşkil olunan sərgilərdə fəal iştirakına görə "Fəxri Fərman" və hədiyyə ilə təltif olunub.