AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Ömürlərə nur saçan həkim" adlı dəyirmi masa keçirilib

  • + A
  • - A
  • 29-04-2022, 17:25

    Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Ömürlərə nur saçan həkim" adlı dəyirmi masa keçirilib

    "Ömürlərə nur saçan həkim" adlı dəyirmi masa keçirilib.

    Azadmedia.az - Aprelin 28-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində alim, görkəmli oftolmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyi münasibətilə "Ömürlərə nur saçan həkim" adlı dəyirmi masa təşkil olunub.

    Tədbirdə Mərkəzin kollektivi, rayon Mərkəzi Xəstəxanasının həkim-oftolmoloqu Himayət Mahmudov və tibb müəssiəsinin digər əməkdaşları iştirak edib. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəmanlarımızın, ulu öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın xatirələrini bir dəqiqəlik sükutla yad edilməklə başlayıb.

    Sonra tədbirdə çıxış edənlər - Mərkəzin əməkdaşları Aqil Ağayev və Zeynəb Məmmədzadə Azərbaycan tibb elminə əvəzsiz töhvələri ilə yaddaşlara əbədi həkk olunan Zərifə xanım Əliyevanın şərəfli ömür yolu haqqında geniş məlumat veriblər.

    Daha sonra tədbirdə iştirak edən Himayət Mahmudov tibb elmindəki uzun müddətli səmərəli fəaliyyətinə və tədbirdə iştirak etdiyinə görə Heydər Əliyev Mərkəzi adından "Təşəkkürnamə" ilə təltif olunub.

    Zərifə xanım Əliyeva haqqında videoçarx izlənildikdən sonra tədbirə yekun vurulub.







    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR