Mayın 26-da MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının hibrid formatda iclası keçirilib.
Milli Məclisin deputatı, MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının üzvü Fəzail Ağamalı tədbirə video-konfrans formatında qatılıb.
İclasda təşkilati məsələyə baxılıb, Milli Məclisin deputatı Fəzail Ağamalı bu komissiyanın sədr müavini seçilib.
Sonra gündəliyə daxil olan məsələlərin müzakirəsi aparılıb. Komissiya seçki hüququ ilə bağlı sənədlər üzərində işini davam etdirib, seçkilərin müşahidəsi, seçkilərə xarici müdaxilənin qarşısının alınması, həmçinin bələdiyyə və dövlət idarəetməsi kimi məsələlərlə bağlı model qanun və tövsiyə layihələrini nəzərdən keçirib.
İclasda komissiyanın 2021-ci ildə fəaliyyətinin yekunları haqqında məlumat dinlənilib, növbəti dövr üçün model qanunvericiliyə dair perspektiv plana baxılıb, növbəti iclasın gündəliyi və vaxtı müəyyənləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.