AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ÇL-da mövsümün ilk püşkü atıldı

  • + A
  • - A
  • 7-06-2022, 16:52

    ÇL-da mövsümün ilk püşkü atıldı


    UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılıb.

    Püşkatma nəticəsində ilkin təsnifat mərhələsinin yarımfinal cütlərinin tərkibi müəyyənləşib.

    Bu raundda Estoniya “Levadiya”sı İslandiyanın "Vikinqur" komandasına, San-Marinonun “La Fiorita” klubu isə Andorranın "İnter" (Eskaldes) kollektivinə rəqib olub.

    Yarımfinallar iyunun 21-də, final isə iyunun 21-də olacaq. Qarşılaşmalar İslandiyada gerçəkləşəcək.

    İlkin təsnifat mərhələsinin qalibi I təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibi hesab olunur. Bu raundun püşkü isə iyunun 14-də atılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR