Azadmedia.az - 7 iyunda “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində Masallı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının, Masallı rayon Heydər Əliyev Mərkəzinin, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin, Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılıqları ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib.
Müsabiqədə Masallı rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müsabiqənin yekun nəticəsinə əsasən Banbaşı kənd C. Qasımov adına tam orta məktəbin IX sinif şagirdi Tağıyeva Nargilə Elnur qızı I yerə, Ərkivan qəsəbə Z. Nəcəfov adına 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdullayeva Fidan Vüsal qızı II yerə, Şərəfə kənd Q. İsmayılov adına tam orta məktəbin lX sinif şagirdi Şirəliyeva Aygül Şıxəli qızı III yerə layiq görülüblər.
İnşa-yazı müsabiqəsində fərqləndiyinə görə Bala Kolatan tam orta məktəbin şagirdi Məmmədova Sevinc Təbriz qızı diplomla təltif edilib.
Ülkər Piriyeva