AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yusif Məhəmmədoğlunun "İsmayıllının Zəfər Şəhidləri" adlı kitabının təqdimatı baş tutdu - FOTO

  • + A
  • - A
  • 24-06-2022, 13:42

    Yusif Məhəmmədoğlunun "İsmayıllının Zəfər Şəhidləri" adlı kitabının təqdimatı baş tutdu - FOTO
    İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yazıçı jurnalist Yusif Məhəmmədoğlunun “İsmayıllının Zəfər Şəhidləri” adlı kitabının təqdimat mərasimi keçirilib.

    AzadMedia.az xəbər verir ki, təqdimat mərasimində RİH-nin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunaraq gül dəstələri qoyulub.

    Daha sonra ərazilərimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

    Tədbirdə çıxış edən şəhid ailələri kitabın ərsəyə gəlməsində əməyə keçən hər kəsə minnətdarlıqlarını bildirib, “İsmayıllının Zəfər Şəhidləri” kitabının gələcək nəslin Vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyəti olduğunu vurğulayıblar.

    Kitabın müəllifi Yusif Məhəmmədoğlu kitab haqqında məlumat verərək bildirib ki, “İsmayıllının Zəfər Şəhidləri” kitabında 44 günlük Vətən müharibəsində canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda fəda etmiş İsmayıllı şəhidlərindən, onların keçdiyi şərəfli döyüş yolundan və qəhrəmanlıqlarından bəhs edilib.

    Tədbir “Niyal” instrumental ansambılının konsert proqramı və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlə davam edib.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR