Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.
Sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk matçda “Kəpəz” Qəbələdə “Şamaxı”nı qəbul edəcək.
Günün və turun sonuncu görüşündə “Qarabağ” “Zirə”nin qonağı olacaq.
Azərbaycan Premyer Liqası
VII tur
18 sentyabr (bazar)
18:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Babək Quliyev
Qəbələ şəhər stadionu
20:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Qəbələ" "Sumqayıt"ı 1:0, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.