AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müzəffər Qələbənin sevincini xalqımıza bəxş edən şəhidlər.

  • + A
  • - A
  • 27-09-2022, 18:48

    Müzəffər Qələbənin sevincini xalqımıza bəxş edən şəhidlər.

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olaraq milyonlarla azərbaycanlının həyatına və əsaslı şəkildə taleyinə ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik təmizləmə təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.

    Fəxr edirik ki, ümummilli liderimiz, müasir Azərbaycanın memarı, əbədi Milli Liderimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan siyasətini və ideyalarını möhtərəm Prezident İlham Əliyev çox böyük uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bu uğurların məntiqi nəticəsidir.

    Qarabağ müharibəsi yalnız ön cəbhə ilə məhdudlaşmırdı.Bu müharibə dünya azərbaycanlılarının birliyini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kompaniyalara qarşı fədakar fəaliyyət göstərirdilər. Müharibənin gedişində Xalq-Dövlət-Ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kompaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir, həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular. Müxtəlif təşkilatlar, özəl müəssisə və şirkətlərlə yanaşı, xeyli sayda vətəndaş müharibə zamanı, eləcə də atəşkəsdən sonra orduya daimi maddi dəstək verir, geyim, ərzaq, tibbi ləvazimat və s. yardım göndərməklə vətəndaşlıq borclarını yerinə yetirirdilər. Bu yardımlar o qədər geniş hal almışdı ki, Müdafiə Nazirliyi yardımlara ehtiyacın olmadığı, ordunun hər bir şeylə təmin edildiyi barədə ictimaiyyətə dəfələrlə açıqlamalar verməli olmuşdu. Ermənistana aid bəzi kütləvi informasiya mənbələri isə bu vəziyyətə heyrətini gizlədə bilmirdi.

    Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə də mübarizə aparırdı. Ölkə başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya ictimaiyyətini məlumatlandırırdı.Hərbi əməliyyatların nəticəsi Prezidentin rəsmi Twitter hesabından operativ olaraq paylaşıldığından, vətəndaşlar o səhifədəki xəbərləri səbirsizliklə gözləyir,KİV nümayəndələri də oraya istinad edirdilər. Müharibənin gedişində müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına verdiyi müsahibələrdə Ali Baş Komandan beynəlxalq aləmdə Azərbaycan haqqında formalaşmış yanlış təsəvvürləri aradan qaldırırdı. Azərbaycan Prezidenti erməni yalanlarına uymuş bəzi xarici müxbirlərin qərəzli suallarını soyuqqanlıqla cavablandıraraq onları məntiqli arqumentlər əsasında susdururdu. Bütün bu amillərin vəhdəti bizi Qələbəyə gətirib çıxardı. Bu yolda 3000 yaxın şəhid versək də onların qanı yerdə qalmadı.

    Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, Şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin əziz xatirəsini xalqımız ehtiramla yad edir.
    Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

    Elşən Səfərov
    YAP Ağcabədi rayon təşkilatının əməkdaşı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR