Dünya çempionatının qrup mərhələsində keçirilən İngiltərə - İran matçında maraqlı hadisə yaşanıb.
Azadmedia.az xəbər verir ki, qarşılaşmanın baş hakimi braziliyalı Rafael Klaus matça ümumilikdə 24 dəqiqə əlavə edib.
İlk hissədə İran millisinin qapıçısı Əlirza Beyrənvand zədələndiyi üçün hakim 14 dəqiqə əlavə vaxtın oynanılmalı olduğunu bildirib.
İkinci hissədə isə Klaus daha 10 dəqiqə komandaların mübarizə aparmalı olduğunu deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.