Tanınmış Portuqaliyalı hücumçu Kristiano Ronaldo Ərəbistanın "Əl-Nəsr" klubuna keçməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bu barədə o, DÇ-2022-nin 1/8 finalında İsveçrə ilə oyundan (6:1) sonra deyib.
"Xeyr, bu doğru deyil", - deyə Ronaldo jurnalistlərə cavab verib.
Daha əvvəl İspaniyanın "Marca" qəzeti hücumçunun yanvarın 1-dən Səudiyyə klubuna keçəcəyini və dünyanın ən çox maaş alan idmançısı olacağını yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.