Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Müzakirələrdən sonra Premyer Liqanın 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən təhqiredici ifadələrin işlənməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə “Qarabağ” klubu 800 manat cərimə edilib.
“Sabah” – “Şamaxı” oyununda “Sabah”ın oyunçusu Kristian Sebalyos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə edilib. “Şamaxı”nın oyunçusu Elçin Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Şamaxı” klubu 1600 manat cərimə edilib.
“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz”in qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmadığına görə “Kəpəz” klubu 800 manat cərimə edilib. “Sumqayıt”ın oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.