Bu gün Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinə start veriləcək.
Xorvatiya və Argentina milli komandaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı məlum olacaq.
"Lusail" stadionunda oynanılacaq matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, dekabrın 9-da dünya çempionatının dörddəbir final mərhələsində Xorvatiya millisi Braziliyanı, Niderland seçməsi isə Argentinanı mübarizədən kənarlaşdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.