Argentina hökuməti dünya çempionatındakı qələbəni qeyd etmək üçün dekabrın 20-ni ölkədə istirahət günü elan edib.
Qeyd olunur ki, bir neçə saatdan sonra göyərtəsində dünya çempionlarının olduğu təyyarə Buenos-Ayresə enəcək.
Futbolçular hava limanından onlar üçün xüsusi ayrılmış avtobusla Respublika meydanının mərkəzində yerləşən obeliskə tərəf yön alacaqlar.
Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.
Mənbə: ESPN
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.